Çin XİN başçısının sabiq müavini: “Biz tək Ukraynada müharibəyə fokuslanmamalıyıq”

Çin Xalq Respublikasının xarici işlər nazirinin sabiq müavini Vanq Çao

© APA | Çin Xalq Respublikasının xarici işlər nazirinin sabiq müavini Vanq Çao

# 16 iyun 2022 16:14 (UTC +04:00)

“Biz qlobal təhlükəsizliyə yeni baxış formalaşdırmalıyıq”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Çin Xalq Respublikasının Xarici İşlər İnstitutunun Prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin sabiq müavini Vanq Çao (2013-2019-cu illər) onlayn çıxışında bildirib.

Vanq Çao deyib ki, Çin Xalq Respublikasının sədri həll yolunu təklif edib: “Bu təşəbbüs dünyanın bir araya gəlməsini təklif edir. Beynəlxalq dayanıqlı təhlükəsizlik strukturu yaratmaq üçün bir araya gəlməlidir. Bu çağırış hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinə hörməti əks etdirir. Müxtəlif ölkələr arasında müzakirələri təşviq etmək, ikili standartlardan, qanunsuz sanksiyalardan uzaq durmaq lazımdır. Terrorizm, iqlim dəyişikliyi kimi çağırışlara qarşı dayanıqlı olmalıyıq”.

Vanq Çao qeyd edib ki, beynəlxalq münasibətlərdə BMT-nin rolu əvəzolunmazdır, bunu təkmilləşdirə bilərik: “Müxtəlif alyansların yaradılması səhvdir. Biz siyasi həll yolları axtarıb tapmalıyıq. Biz tək Ukraynada müharibəyə fokuslanmamalıyıq. Müharibəyə gətirib çıxaran səbəblər çoxdur. Ukrayna məsələsində Çin tərəfləri dialoqa çağırır. Regiondan kənarda olan ölkələrin münaqişəyə qarışması vəziyyəti ciddi şəkildə gərginləşdirir. Bu baxımdan Çin fövqəl məsuliyyətini anlayan ölkədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR