COEST-in İşçi Qrupu Azərbaycanda səfərdədir

COEST-in İşçi Qrupu Azərbaycanda səfərdədir
# 29 may 2023 11:42 (UTC +04:00)

Avropa İttifaqının Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb.

"İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev ilə səmərəli görüş keçirib. Azərbaycan-Aİ tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR