Conson: “Şadam ki, britaniyalı minatəmizləyənlər azərbaycanlı həmkarları ilə bərabər çalışırlar”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson

© APA | Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson

# 16 iyun 2022 15:32 (UTC +04:00)

“2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir”.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.

“Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi”, - Baş nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR