Deputat: Artıq Avropa İttifaqı təxribat törədən Ermənistana qarşı müəyyən addımlar atmalıdır

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 20 mart 2023 20:03 (UTC +04:00)

“İkinci Qarabağ müharibəsindən ibrət dərsi almayan Ermənistanda revanşizm cəhdləri həm bu ölkə, həm də bölgə üçün növbəti problemlərin və gərginliyin yaranmasına səbəb olacaq. Ermənistanın hələ də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış etməsi, görünür sülh prosesinin ləngiməsində maraqlı olan qüvvələrin istəyi ilə həyata keçirilir”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Avropa İttifaqı missiyasının gəlməsindən sonra Ermənistan daha da azğınlaşıb, çox ciddi təxribatlara əl atıb: “Ermənistanın hazırkı davranışı onu göstərir ki, bu ölkə sanki Avropa İttifaqı missiyasının gücünü hiss edərək Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən yeni təxribata əl atıb. Bu cəhdlərə hər dəfə layiqli cavab verilir. Onlar hələ də nələrəsə ümid edirlər. Ancaq əslində 44 günlük Vətən müharibəsindən nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. O zaman da heç kim bizim qabağımızda dura bilmədi. Bu gün də Azərbaycan Ordusu bütün təxribatların qarşısını artıqlaması ilə almağa qadirdir. Sadəcə, Azərbaycan sülh prosesinin tezliklə həllinə çalışsa da, qarşı tərəf adekvat addım atmır”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan xalqı Novruz bayramını qeyd edir: “Məhz belə gündə təxribat törədilməsi Ermənistan rəhbərliyinin bütün mənəvi dəyərlərdən uzaq olduğunu nümayiş etdirir. Əslində artıq bu məsələlərdə Avropa İttifaqı müəyyən addımlar atmalı və təxribatı törədən tərəfin cəzasını verməlidir. Hazırkı insidentə görə Avropa İttifaqı birbaşa məsuliyyət daşıyır. Çünki Azərbaycan daha öncədən bəyan etmişdi ki, Ermənistan onun çətirinin altında gizlənərək yeni təxribatlara rəvac verəcək. Ancaq təəssüf ki, biz həmişəki kimi ikili standartlarla mübarizə aparmalı oluruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR