Deputat: Azərbaycan Fransanın hökm edəcəyi Korsika adası deyil, Paris artıq Qafqazda məğlubdur

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 23 mart 2023 12:41 (UTC +04:00)

Fransanın Qafqazda proseslərə hər hansı formada təsir imkanları, yaxud bizim Parisdən hansısa gözləntimiz olsaydı, bəli, Fransa xarici işlər nazirinin bəyanatını təəssüflə qarşılamaq olardı. Amma bildiyiniz kimi, Parisin Cənubi Qafqazda heç bir formada rol və təsir imkanı qalmayıb, ona görə də Ketrin Kolonnanın müştəbeh bəyanatları bizim üçün əhəmiyyətsiz və ucuz sarı mətbuat ifadələrindən başqa bir şey deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, təsəvvür edin, Fransa bizdən tələb edir ki, Azərbaycan öz ərazilərindən separatçılara silah-sursat daşınmasına, ərazilərimizin sərbəst formada minalanmasına imkan verməlidir: “Bu, Parisin açıq formada terror və separatizmə dəstək verməsinin daha bir nümunəsidir. Əgər nazir Kolonna öz qeyri-adekvat mövqeyini bəşəri dəyər olan insan haqları ilə əlaqələndirirsə, ilk növbədə nazirliyin pəncərəsindən Paris küçələrinə baxsın, haqları pozulmuş yüz minlərlə insan Paris küçələrini zibilliyə və xarabazara çeviriblər. Paris haqlardan danışırsa, 400 minlik Korsika əhalisinin doğma dilinin sərbəst istifadəsinə imkan yaratsın, korsikalı siyasətçilərin məhz fransız olmadığına görə təqibini dayandırsın. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə ifadə etdiyi kimi, Fransa Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir, Mayot adası üzərində müstəmləkə siyasətinə son qoymalı, Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməlidir. Əks halda insan haqları, xalqların təhlükəsizliyi kimi məsələlərdən nəinki Kolonna, ümumiyyətlə, Fransada heç bir məmur danışa bilməz”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Fransa 30 illik erməni işğalının ortağıdır, Fransa hökumətlərinin əlində 10 minlərlə azərbaycanlının qanı var və bu cinayətlərə görə hesab vermədən Fransanın heç bir rəsmisi, o cümlədən diletant bəyanatlar verən xarici işlər naziri Bakıda ya qəbul olunmamalı, ya da diplomatik protokol xətrinə yalnız aşağı ranqlı diplomatlar tərəfindən qəbul olunaraq ona reallıq başa salınmalıdır: Ketrin Kolonna anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası deyil, Paris artıq Qafqazda məğlubdur, 2020-ci ildə 44 günlük müharibədə Makron və yarıtmaz komandası Prezident İlham Əliyevə məğlub olub. Bu məğlubiyyət seriyası sonra BMT Təhlükəsizlik Şurası başda olmaqla digər müstəvilərdə davam edib. Artıq Qafqazda, hətta Ermənistanın özündə belə Fransanın mövcudiyyəti Azərbaycanın iradəsindən asılı olan məsələdir. Bu mənada əgər qəbul edərsək, apreldə planladığı səfər Fransanın yeni nazirinin özü üçün reallığı anlaması və özünə layiq formada qarşılanaraq başa salınması üçün yaxşı imkan ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR