Deputat: “Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələrdir”

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 26 avqust 2022 11:17 (UTC +04:00)

"Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələrdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri və Prezidentimiz İlham Əliyevlə görüşü münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan - Qazaxıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın geniş potensialının olduğunu göstərir. Prezident İlham Əliyev iki dövlətin münasibətlərinə böyük önəm verdiyini diqqətə çatdırıb. Məhz dövlətimizin başçısının iki ölkə arasında münasibətlərin güclənməsinə verdiyi töhfələrin nəticəsidir ki, Qazaxıstanın ali ordeni olan "Altın kıran" - "Qızıl qartal" ordeni ilə təltif edilib. Onun sözlərinə görə, Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. K. Tokayevin ölkəmizə səfəri zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqlarımızın qardaşlıq münasibətlərinin daha bir nümunəsidir: “Mərkəz Füzuli şəhərində tikiləcək. Dost ölkələr tərəfindən azad edilmiş ərazilərdə görülən işlər, bərpa prosesinə dəstək hər zaman xalqımız tərəfindən rəğbətlə qarşılanır. Dövlətimiz bu gün Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirir. Qısa müddətdə bu ərazilər cənnətə çevriləcək. Füzuli şəhərinin tikintisinin də Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu Mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır”.

Fatma Yıldırım qeyd edib ki, Qazaxıstanla beynəlxalq səviyyədə əməkdaşlığımız da yüksələn xətt üzrə inkişaf edir: "Ölkələrimiz aparıcı beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və bütün beynəlxalq platformalarda Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər. Bu baxımdan iki ölkənin parlamentləri arasında əlaqələri qeyd etməliyik. Parlamentlərimiz fəal əməkdaşlıq edir, qarşılıqlı səfərlər reallaşdırılır, İşçi qruplarının üzvləri görüşlər keçirir. Beynəlxalq təşkilatlar çərçivəsində də parlamentarilərimiz bir birinə dəstək verir. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin davamlı olaraq gücləndiyini təsdiqləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR