Deputat: “Ermənistanın xilas yolu Azərbaycanla münasibətləri bərpa etməsidir” - VİDEO

Ceyun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyun Məmmədov, Milli Məclisin deputatı

# 26 aprel 2022 11:33 (UTC +04:00)

44 günlük Vətən müharibəsində Azərbaycan diasporunun da rolu olub”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Şuşada keçirilən Zəfər Qurultayından bir gün sonra Ermənistanın diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd edib: “Nikol Paşinyanın Rusiyaya səfərdən öncə bir, səfərdən sonra başqa bəyanat səsləndirməsi Azərbaycan cəmiyyətində sual yaradır. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqrımı” ilə bağlı keçən il dediklərini bu il də təkrarlaması Azərbaycan-Ermənistan-Türkiyə münasibətlərinə heç bir xeyir verə bilməz. Ermənistanın qurbanlıq quzu kimi maşa olmaqdan xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR