Deputat: “İran öz çirkin əməlləri ilə İslamı, şiəliyi gözdən salır”

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 04 noyabr 2022 16:43 (UTC +04:00)

“Bu gün İran rejimi İslam pərdəsi altında ölkəmizdə və dünyada çirkin məqsədlərini həyata keçirməyə çalışır. Molla rejiminin təxribatları və atdığı addımlar bunu bir daha təsdiq edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, bu gün İran özünün şiə dövləti olduğunu iddia etsə də, əslində onun əməlləri şiəliyin prinsiplərinə də uyğun gəlmir: “İran bu gün şiəliyi deyil, Xomeyniliyi təbliğ edir və bundan şiə məzhəbinə mənsub insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün istifadə edir. Xomeynilik şiəlik deyil. Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları islam dəyərlərinə tamamilə ziddir. Bu gün İran öz çirkin əməlləri ilə İslamı, şiəliyi də gözdən salır. Bu gün İranın bu siyasətindən ən çox elə şiələr əziyyət çəkir. Bu gün əksər müsəlman ölkələrindəki münaqişələrin arxasında İran durur. Budurmu İslam? İslam bunumu təbliğ edir? Əgər İran şiə dövlətidirsə, niyə müsəlman qardaşlarının deyil, Ermənistanın yanındadır, onun güclənməsi üçün səylə çalışır?

Bu əməlləri ilə İran özünü ifşa edir və İslamdan öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etdiyini açıq göstərir. Bir müddət bundan əvvəl ofisi Azərbaycanda bağlanmış Seyid Əli Əkbər Ocaqnejat Bakıda İranın çirkin niyyətlərini həyata keçirmək üçün səylə çalışırdı. Azərbaycan vaxtında bu şəxsi ölkədən çıxararaq onun ofisini bağladı.

Deputat qeyd edib ki, bu gün İran eyni zamanda Azərbaycan vətəndaşlarını dini ziyarət pərdəsi altında İrana apararaq zəhərli ideologiyalarla zəhərləyir: “Digər bir məsələ İran İslamın 5 əsas şərtindən birinə - Həcc ziyarətinə qarşı alternativ olaraq Ərbəin ziyarətini yaradıb və İran rejimi bundan həm Səudiyyə Ərəbistanla mübarizədə istifadə edir, həm İslam dininin parçalanmasını dərinləşdirir, həm də Kərbəla ziyarəti üzərindən qurduğu biznesi inkişaf etdirir. Digər bir sual İran Əhli-Beytin müqəddəs məkanlarına – həm Kərbəla-Nəcəf, həm Məşhəd-Qum səfərlərindən nə qədər pul qazanır və bu pulları hara xərcləyir? Proseslərin təhlili göstərir ki, İran rejimi əldə olunan gəlirlər İranın başqa ölkələrdə silahlı dəstələrin maliyyələşməsinə xərclənir. Bu da İran rejiminin əsil mahiyyətindən xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR