Deputat: "İsraildə səfirliyimiz açılmalıdır"

Asim Mollazadə, Milli Məclisin deputatı

© APA | Asim Mollazadə, Milli Məclisin deputatı

# 11 noyabr 2022 12:30 (UTC +04:00)

“Ermənistan sülh istiqamətində addım atmaq istəmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, bu istiqamətdə Azərbaycan öz işlərini gücləndirməlidir: “Terror fəaliyyətini həyata keçirən qüvvələr Azərbaycana qarşı da bu addımı ata bilərlər. Azərbaycanın xarici kəşfiyyatı öz işlərini gücləndirməlidir. İsraildə səfirliyimiz açılmalıdır. Dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı son illər bizim fəaliyyətimiz qənaətbəxş deyil. Bu istiqamətdə Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin təbliği üçün müvafiq maliyyə vəsaiti ayırmalıyıq, müvafiq Fond yaratmalıyıq. Azərbaycanlıların həm hüquqlarının müdafiəsi, həm öz ana dilində təhsil alması bu Fond vasitəsilə həyata keçirilə bilər. Dünya azərbaycanlılarının səsi dünyada daha gur olmalıdır. Türk və Azərbaycanlılar şəbəkəsi nəhayət ki, yaradılmalıdır və bizə qarşı olan təxribatlar sisteminə qarşı çıxmalıdır. Bu da bir üsuldur. Digər tərəfdən, vahid türk təhsil sisteminin, vahid əlifbanın yaradılması istiqamətində işlər ləngiyir. Biz öz alimlərimizi bu işə cəlb etməliyik. Elmə az vəsait verilməsi məsələsi qaldırılır. Söhbət fundamental elmdən gedirsə, bizim bura milyardlarla vəsait ayırmaq imkanımız yoxdur. Amma Azərbaycanın xalqının mədəniyyəti, dili ilə bağlı elm sisteminə biz vəsaitləri artıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR