Deputat: “Prezident Şuşadan Ermənistan və havadarlarına vacib mesajlar verdi”

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 09 noyabr 2022 17:00 (UTC +04:00)

Azərbaycan xalqı bu günlərdə sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, qürur hissləri yaşayır. Həqiqətən iki il əvvəl Şuşada bayram qeyd etmək heç ağlımızdan da keçməzdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, 44 gündə təkcə torpaqlarımızı azad etmədik, həm də qalib və güclü dövlət olaraq bütün dünyada yenidən tanındıq: “Dünən Şuşada olan bayram tədbiri 44 günlük müharibə zamanı Azərbaycan xalqının Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməsinin davamı idi. Bu birlik təkcə 44 gün üçün deyil, daimidir. Azərbaycan xalqı sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi. Ali Baş Komandanın Şuşa səfəri zamanı Xalq-Lider-Ordu birliyini bir daha nümayiş etdirildi. Bu birlik necə ki, 44 günə işğalçıları öz doğma torpaqlarından qovdu, indi də bu torpaqların bir qarışını da güzəştə getməyəcək qədər güclü və sarsılmazdır”.

Deputat qeyd edib ki, Zəfər Günü Prezidentin çıxışı öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsinin tam təsdiqidir: “Prezident Şuşadan istər Ermənistan hakimiyyətinə, istərsə də Ermənistanın havadarlarına, ona havadarlıq edib sülhə mane olmaq istəyənlərə çox vacib mesajlar verdi. Ölkə başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu 2 il əvvəlkindən də güclü və hazırlıqlıdır. Orduda müharibədən sonra ciddi islahatlar aparıldı. Həmçinin müasir avadanlıqlarla təchizat hər zaman ön planda olub. Azərbaycan dövləti güclü və inamlı addımlarla yüksəlişə doğru irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR