Deputatlar ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun üzvü ilə görüşüblər

Deputatların ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun üzvü Rob Vitmanla görüşü

© APA | Deputatların ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun üzvü Rob Vitmanla görüşü

# 18 noyabr 2022 13:55 (UTC +04:00)

Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun üzvü Rob Vitmanla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə deputat Soltan Məmmədov məlumat verib.

Deputatlar Virciniya ştatını təmsil edən Konqres üzvü ilə ABŞ-ın Cənubi Qafqaz siyasəti, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparıb, Ermənistanla münasibətlərin normallaşması, regionda davamlı sülhün bərqərar edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar haqqında məlumat veriblər. Eyni zamanda enerji, terrora qarşı mübarizə, beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR