Diplomatik korpus nümayəndələri Kəlbəcərdə İstisu qəsəbəsində olublar - FOTO

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə İstisu qəsəbəsində olublar - FOTO
# 31 may 2022 17:48 (UTC +04:00)

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər rayonunun İstisu qəsəbəsində olublar.

APA-nın xəbərinə görə, nümayəndə heyəti İstisu mineralı bulaqları ilə tanış olub.

Diplomatlara İstisu mineral ehtiyatları, bu suyun faydalı xüsusiyyətləri, eləcə də burada vaxtilə fəaliyyət göstərmiş İstiusu sanatoriyası barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər ediblər. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR