Diplomatik korpus nümayəndələri Kəlbəcərdə “Tunel qırğını” baş verən ərazidə olublar - FOTO - YENİLƏNİB-1 - VİDEO

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə “Tunel qırğını” baş verən ərazidə olublar - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 31 may 2022 14:49 (UTC +04:00)

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən "Tunel qırğını" baş verən ərazidə olublar.

APA-nın xəbərinə görə, ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə nümayəndə heyətinə məlumat verilib. "Tunel qırğını" şahidləri ərazidə ermənilərin törətdiyi faciə barədə danışıblar.

Qətlə yetirilən insanların xatirəsi yad olunub.

Diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcərə səfəri davam edir.

***

10.41

Diplomatik korpusun nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu-Laçın avtomobil yolunun üzərində yerləşən tunelin inşası ilə tanış olublar.

APA-nın yerli bürosunun xəbərinə görə, onlara tunelin tikintisi haqqında ətraflı məlumat verilib.

***

09:33

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, səfər Göygöl rayonunun Toğanalı kəndindən başlayıb.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, “Tunel qətliamı”nın baş verdiyi ərazi, Kəlbəcər şəhərində məscid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyası ilə tanış olacaqlar.

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR