Diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi  başlayıb

Diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi  başlayıb
# 10 may 2022 21:54 (UTC +04:00)

10 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

XİN-dən APA-ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR