Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə köməyini davam etdirəcək

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə köməyini davam etdirəcək
# 28 mart 2023 08:10 (UTC +04:00)

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib. Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.

"Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik", - Vedant Patel vurğulayıb.

O, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR