Dövlət Departamenti: ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi əhəmiyyətli təcrübəyə malikdir

Vedant Patel

© APA | Vedant Patel

# 02 fevral 2023 11:33 (UTC +04:00)

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ABŞ dövlət katibi üçün dərin əhəmiyyət kəsb edən bir məsələdir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O bildirib ki, ABŞ Dövlət Departamenti bu məsələ ilə yaxından məşğul olur.

“Xüsusilə katib Blinkenin, bildiyiniz kimi, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı olub. Beləliklə, bu, fəal məşğul olmağa davam edəcəyimiz bir məsələdir”, - Dövlət Departamentinin rəsmisi qeyd edib.

O, həmçinin ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisinin təyinatı barədə də danışıb: “Luis Bono ABŞ-ın Qafqazda sülhün və sabitliyin təşviq edilməsində iştirakına rəhbərlik edir. O, həm də sələflərinin rolunu daşıyır, Artıq qeyd etdiyim kimi, bu, Bayden administrasiyası üçün davamlı prioritetdir. Və Luis Bono çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan Departamentin yüksək səviyyəli rəsmisidir. O, bu yeni rolu öz üzərinə götürərkən dövlət katibi Blinkenin və Dövlət Departamentinin şəxsi etibarına malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR