Əhməd Obalı: Prezident İlham Əliyevin son çıxışı bizi xüsusilə məmnun etdi

Əhməd Obalı: Prezident İlham Əliyevin son çıxışı bizi xüsusilə məmnun etdi
# 05 dekabr 2022 11:52 (UTC +04:00)

“Azərbaycan dövlətindən başqa bizim, biz güneylilərin işlərinə heç bir dövlətin qarışmasını istəmirik”.

APA xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Əhməd Obalı Prezident İlham Əliyevin çıxışları haqqında da danışıb: “Cənab Prezident İlham Əliyevin vaxtaşırı çıxışları, güneylilər barədə fikirləri bizi məmnun edir, sevindirir. Amma son çıxışı bizi xüsusilə məmnun etdi. Onun hər çıxışından sonra biz qəti şəkildə bütöv Azərbaycan olacağımıza inanırıq. Çünki bu sözləri bütün dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev deyir. Hansı ki, dediyi bütün sözlər həllini tapır. İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut edib. O, Azərbaycan tarixində son 200 ildə tək dövlət başçısıdır ki, torpaq verməyib, torpaq alıb”.

Milli fəal Zəngəzur dəhlizi məsələsinə də toxunub: “Zəngəzur dəhlizi açılsa belə, onun təhlükəsizliyi bizi narahat edir. Həqiqi təhlükəsizlik Güneyin müstəqilliyi, Güneyin bütöv Azərbaycan ətrafında birləşməsi zamanı olacaq. Həm güneydə, həm də quzeydə zehnimizdə Güney Azərbaycanın azadlığına inanmalı, fikir inqilabı etməli olduğumuzu düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR