Əkmələddin İhsanoğlu: “İlham Əliyevin əzmi, çevik və müdrik qərarları sayəsində 30 illik işğala son qoyuldu”

Əkmələddin İhsanoğlu

© APA | Əkmələddin İhsanoğlu

# 24 dekabr 2021 15:47 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevi 2005-ci ildə Qətərdə keçirilən bir tədbirdə əyani ünsiyyətimiz əsasında tanıdım. O zaman İslam Konfransı Təşkilatı, indiki İslam Əməkdaşlıq Təşkilatının Baş katibi idim. İlk canlı tanışlığımızda onun nə qədər alicənab, prinsipial, xoşrəftar, insanlığa dəyər verən, əzmli bir lider olduğunu gördüm”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında İslam Tarixi, Sənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) sabiq rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş Baş katibi Əkmələddin İhsanoğlu deyib.

“Mən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal olmasını istədiyimi cənab İlham Əliyevə bildirdikdə, o, məmnunluqla “Biz hazırıq” dedi. Növbəti il İƏT Xarici İşlər Nazirlərinin iclasını Bakıda keçirdik. Orada İlham Əliyev çox təsirli çıxış elədi. O vaxtdan da bizim İƏT olaraq hər il Bakıda bir və ya iki tədbirimiz olurdu. Məhz İlham Əliyevin prinsipiallığı nəticəsində Azərbaycan bu beynəlxalq təşkilatın ən fəal üzvlərindən birinə çevrildi”, - deyə diplomat qeyd edib.

Ə. İhsanoğlu Ulu Öndər Heydər Əliyevlə dostluq münasibətlərindən də danışıb: “1990-cı illərdə İstanbulda IRCICA çərçivəsində İslam dünyası ilə bağlı bir tədbirimiz vardı, mən də Baş katib olaraq Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevi dəvət etdim, gəldi. Orada dedi ki, niyə Azərbaycanda da belə fəaliyyətimiz yoxdur? Təkcə Azərbaycanı deyil, bütün Qafqazı əhatə edən bir tədbirin keçirilməsini müzakirə etdik və Bakıda Qafqazda İslam mədəniyyətinə aid bir konqres keçirdik. O vaxtdan Heydər Əliyevlə dostluğumuz başladı, vəfatından sonra isə oğlu ilə davam etdi”.

Diplomat Azərbaycanın bütün ictimai-siyasi həyatında, iqtisadi inkişafındakı nailiyyətlərdə, həmçinin, 44 günlük Qarabağ zəfərində Prezident İlham Əliyevin liderlik bacarıqlarını yüksək dəyərləndirib: “Qarabağ təkcə Azərbaycan deyil, bütün regionda ən mühüm əhəmiyyətli məsələ olduğu üçün İƏT-ə rəhbərliyim zamanı biz bu mövzunu çox gündəmə gətirirdik və hər il bununla bağlı qərarlar verdik. Cənab İlham Əliyevin əzmi və verdiyi çevik, müdrik qərar sayəsində nəhayət, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Keçən ay Şuşaya dəvət olunduq və getdik. Doğrusu, bu savaş və zəfər hər türk insanı kimi məni də çox sevindirdi. Çünki biz daim qələbə çalmağa öyrəşmiş və qələbəyə susamış millətik. Orada qələbə paradını seyr edərkən düşündüm, bu qələbə xalqının inamına arxalanıb, bu etimaddan güc alan bir Ali Baş Komandanın döyüş meydanında ordunu düzgün idarə etməsilə qazanıldı”.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Prezident İlham Əliyevin çox önəmli xidmətlərinin olduğunu vurğulayan diplomat bildirib ki, İ. Əliyev Ulu Öndər Heydər Əliyevlə Türkiyənin sabiq prezidenti, mərhum Süleyman Dəmirəlin başlatdığı sağlam təməlli siyasəti düzgün şəkildə davam etdirməyi bacarır: “İki ölkənin birlik, qardaşlıq rəmzi olan “Bir millət, iki dövlət” anlayışının digər türk dövlətlərində də səmimi şəkildə əks olunmasını arzu edirəm”.

Azərbaycanda ilk dəfə 1984-cü ildə olduğunu bildirən Ə. İhsanoğlu o tarixlə müqayisədə ölkənin nə qədər inkişaf etdiyinə şahid olduğunu deyib və bu inkişafda güclü lider kimi İlham Əliyevinin xidmətinin danılmaz olduğunu bildirib: “Azərbaycana ilk səfərim 1984-cü ilə təsadüf edir. O zaman UNESCO-nun Bakıda xalça festivalı keçirilirdi, mən də IRCICA rəhbəri olaraq qatılmışdım. 1984-cü ildə ilk getdiyim Bakı fərli şəhər idi. Sonrakı səfərlərimdə tamam fərqli - işıqlı, hərəkətli, həyat dolu bir Bakı gördüm. Bütün bunlar isə şübhəsiz ki, cənab İlham Əliyevin apardığı düzgün iqtisadi-siyasətin nəticəsidir. Mən cənab İlham Əliyevə sağlam, uzun ömür arzulayıram, güclü liderinin 60 illiyi münasibətilə Azərbaycan xalqını da təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR