Ekspert: Gürcüstan regionda sülhün əldə olunmasında rol oynamağa hazırdır

Ekaterina Metreveli

© APA | Ekaterina Metreveli

# 25 noyabr 2022 14:31 (UTC +04:00)

“Azərbaycanla Gürcüstan strateji tərəfdaşlardır. Gürcüstan regionun bir ölkəsidir və dialoqa töhfə verə bilər”.

Bu barədə APA-ya açıqlamasında noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Ekaterina Metreveli deyib.

O, Gürcüstanda erməni və Azərbaycan icmalarının bir yerdə yaşadığını xatırladıb və ölkəsinin sülhə dəstək verə biləcəyini qeyd edib.

“Bizim üçün regionda sülhün əldə olunması çox vacibdir. Düşünürəm ki, regional ölkə olaraq Gürcüstanın neytral mövqeyi və sülhün əldə olunması ilə bağlı vahid gündəliyinin olması onun prosesdə rolunu uyğun edir. Regionda dayanıqlı sülhün əldə olunması vacibdir və akademik çevrə və beyin mərkəzləri olaraq, həmçinin bizim hökumətimiz sülhün əldə olunmasına töhfə verməyə, rol oynamağa hazırdır”, - Ekaterina Metreveli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR