Ekspertlərin Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə baxışının vaxtı bilinib

Ekspertlərin Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə baxışının vaxtı bilinib
# 17 sentyabr 2019 10:33 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə ekspertlərin ikinci baxış tarixi açıqlanıb.

Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış ərazilərinə ekspertlərin ikinci baxışı gələn həftə baş tutacaq.

Qeyd olunub ki, ekspertlərin səfəri reallaşdıqdan ən qısa müddət sonra Hökumətlərarası birgə Komissiyanın görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR