Əli Əhmədov: “Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir"

Əli Əhmədov: “Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir"
# 23 iyul 2019 17:07 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüş zamanı Ə. Əhmədov nümayəndə heyətinin Azərbaycana səfərini ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək qiymətləndirib.

O bildirib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: “Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək”.

Ə. Əhmədov deyib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.

S. Tao qeyd edib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur: “Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm”.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Hüseynov və Hikmət Babaoğlu da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR