Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb

Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb
# 31 oktyabr 2022 13:32 (UTC +04:00)

Oktyabrın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib.

Görüşdə, həmçinin Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR