Əli Əsədov BP-nin vitse-prezidentiylə azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşasını müzakirə edib

Əli Əsədov BP-nin vitse-prezidentiylə azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşasını müzakirə edib
# 02 iyun 2023 12:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edildi. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR