Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Əli Əsədovun Estoniya parlamentinin sədri ilə görüşü

© APA | Əli Əsədovun Estoniya parlamentinin sədri ilə görüşü

# 23 may 2022 18:10 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR