Əli Əsədov Fuat Oktaya başsağlığı verib

Əli Əsədov Fuat Oktaya başsağlığı verib
# 14 noyabr 2022 10:19 (UTC +04:00)

Baş nazir Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR