Əli Əsədov Gürcüstan Baş naziri ilə telefonla danışıb

Əli Əsədov Gürcüstan Baş naziri ilə telefonla danışıb
# 28 iyun 2022 17:57 (UTC +04:00)

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov doğum günü münasibətilə İrakli Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR