Əli Əsədov Gürcüstan xarici işlər naziri ilə görüşüb

Baş nazir Əli Əsədovun Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə görüşü

© APA | Baş nazir Əli Əsədovun Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə görüşü

# 27 aprel 2022 18:48 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib.

Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR