Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb

Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
# 01 iyul 2022 17:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edilib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR