Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşdə

© APA | Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşdə

# 29 iyun 2022 14:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulandı.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR