Əli Əsədov Şinzo Abenin ölümü ilə əlaqədar Yaponiyaya başsağlığı verib - FOTO

Əli Əsədov Şinzo Abenin ölümü ilə əlaqədar Yaponiyaya başsağlığı verib - FOTO
# 13 iyul 2022 19:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb. Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.

Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR