Əli Əsədov Tatarıstan Prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşdə

© APA | Baş nazir Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşdə

# 29 noyabr 2022 18:41 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR