Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
# 08 mart 2023 13:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Nazirlər Kabinetindın APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.

Timor-Leste Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR