Əli Əsədov Xəzər İqtisadiyyat Forumunda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Əli Əsədov

© APA | Əli Əsədov

# 06 oktyabr 2022 13:26 (UTC +04:00)

Azərbaycan işğal altındakı ərazilərini azad edəndən sonra regionda nəqliyyat yollarının inkişafı üçün şərait yaranıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Azərbaycan Baş naziri Əli Əsədov Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumunun plenar çıxışında bildirib.

"Bu gün biz regional kommunikasiya layihələrinin üzərində aktiv işləyirik. Bu mənada Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir", deyə Azərbaycan Baş naziri vurğulayıb.

Əli Əsədov sentyabr 21-də Azərbaycan-İran sərhədində iki ölkənin avtomobil yolları şəbəkəsinin Araz çayı vasitəsi ilə birləşdirdiyi körpünün əsasının qoyulduğunu xatırladıb. O qeyd edib ki, bu layihə Şimal Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin potensialının yüksəldilməsinə istiqamətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR