Eli Kohen: Azərbaycanla kibertexnologiyalar sahəsində əməkdaşlığımız var

Eli Kohen: Azərbaycanla kibertexnologiyalar sahəsində əməkdaşlığımız var
# 29 mart 2023 11:49 (UTC +04:00)

Biz Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən regional təhlükəsizlik, turizm, enerji sahələrində də uğurlu əməkdaşlıq edirik.

APA-nın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Azərbaycanda böyük yəhudi icması yaşayır. Bu, müsəlman dünyasında ən böyüyüdür və onlar ölkənin həyatında fəal iştirak edir. İki ölkə arasında təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq genişlənir”, - israilli nazir qeyd edib.

Onun sözlərinə görə, pandemiyaya qədər hər il Azərbaycana 50 min yəhudi səfər edib: “Biz həmçinin Azərbaycandan ölkəmizə gələn turistlərin sayının artmasına ümid edirik”.

Eli Kohen ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini də qeyd edib: “Kənd təsərrüfatı, kibertexnologiyalar, qida təhlükəsizliyi sahəsində əməkdaşlığımız var və daha da dərinləşməsi üçün potensial var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR