Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Luigi Di Maio ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Bildirilib ki, nazirlər İtaliya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələri, habelə Azərbaycan Prezidentinin bu ölkəyə gözlənilən səfərini müzakirə ediblər.