Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-ü Qazaxıstanda keçiriləcək növbəti Zirvə Toplantısında Şimali Kipr Türk Respublikasının (KKTC) iştirak etməsini istəyir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə ciddi əzmkarlığı var. Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, KKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir. Adanın reallıqları göz qabağındadır və KKTC Kiprdə bir reallıqdır”, - o deyib.