Ərdoğan Azərbaycanla bağlı Ermənistana çağırış edib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 13 yanvar 2022 15:58 (UTC +04:00)

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra Cənubi Qafqazda yeni mərhələyə qədəm qoyduq.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdə çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, bu prosesin ardından Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla pozitiv bir münasibət qurması əhəmiyyət daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR