Ərdoğan: "İkinci Qarabağ müharibəsi həm də informasiya sahəsində gedirdi" - VİDEO

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 14 may 2022 12:54 (UTC +04:00)

"Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və iftiralar Türk dövlətləri arasında media və informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyini sübut etdi".

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısının iştirakçılarına videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi sadəcə döyüş meydanında deyil, həm də informasiya sahəsində də gedirdi. Ərdoğanın sözlərinə görə, məhz bu, demokratik ölkələrdə 4-cü güc sayılan medianın necə bəlli dairələrin əlində təhrif alətinə çevirildiyinin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR