Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahatlığına dair məsələyə münasibət bildirib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 29 noyabr 2021 15:52 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahat olmasına dair məsələyə münasibət bildirib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, xaricdə Türk Dövlətləri Təşkilatının varlığından narahat olan qüvvələr var.

“Amma bu məsələdə Rusiya narahat olub deyə bilmərəm” – Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR