Ərdoğan Türk Dövlətləri Təşkilatı liderləri ilə Qazaxıstanı müzakirə edib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 06 yanvar 2022 19:26 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.

APA-nın məlumatına görə, Türkiyə Prezidentinin dəftərxanasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.

Telefon danışığında Qazaxıstanda baş verən hadisələr əsas müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR