Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 28 may 2022 15:49 (UTC +04:00)

“Bizlər kədəri də, sevinci bir olan, sözdə deyil, əməlləri bir olan iki qardaş dövlətik”.

APA-nın məlumatına görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Anadolu kimi bura da bizim torpağımız, Türkiyə kimi bura da Vətənimizdir: “Türkiyənin hər bir qarışı da sizlərin Vətəni, yurdudur. Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara, heç kim iki qardaşı ayıra, könüllər arasına sərhəd qoya bilməz”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan əlaqələri öncə strateji tərəfdaşlığa, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatıb: ““Baykar” şirkətinin Akıncı pilotsuz aparatı Türkiyədən Azərbaycana uçaraq bir rekord qırdı. Azərbaycan və Türkiyə münasibətlərini dünyaya örnək olan bir səviyyəyə çıxardıq. Səfərimin Azərbaycanın qədim şəhəri olan Şuşa ilində baş tutmasının ayrıca önəmi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR