Ərdoğan: “Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 09 iyun 2022 14:19 (UTC +04:00)

Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoydu.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.

“Türkiyə olaraq bu prosesdə “iki dövlət, tək millət” anlayışı ilə Azərbaycana hər cür dəstəyi verdik”, - Türkiyə lideri vurğulayıb.

Türkiyə Prezidenti atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət etdiklərini xatırladıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR