Ərdoğanın müavini: "Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün Türkiyəni sevincə boğdu”

Ərdoğanın müavini: "Azərbaycanın Vətən müharibəsində qələbəsi bütün Türkiyəni sevincə boğdu”
# 16 iyun 2022 12:40 (UTC +04:00)

“Azərbaycanın Qarabağdakı 44 günlük Vətən müharibəsindəki qələbəsi bütün Türkiyəni sevincə boğdu”.

APA xəbər verir ki, bunu AKP sədrinin xarici əlaqələr üzrə müavini Əfqan Ala deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi ilə zirvəyə yüksələn Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri bütün bölgənin xeyrinədir: “Şuşa Bəyannaməsi bölgəyə istiqamət verən sənəddir. Bu sənədin hədəfi bölgədə daimi sabitlik və sülhün bərqərar olmasıdır. Şuşa Bəyannaməsinin dünya diplomatiya tarixində xüsusi yeri var”.

Əfqan Ala Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin bölgənin inkişafı üçün çox mühüm olduğunu qeyd edib: “Biz Zəfərdən sonra 6 ölkənin qatıldığı platforma anlayışını dünyaya bir barış platforması olaraq təqdim edə bilərik. Bunu dünyada diplomatiyanın qələbəsi olaraq təqdim edə bilərik. Bu, qələbəni davam etdirmək, bölgə ölkələri ilə münasibətləri bərpa etmək deməkdir. Yəni, Azərbaycan daha bir neçə il əvvəl müharibə etdiyi, torpaqlarını işğal edən Ermənistana əməkdaşlıq təklif edir. Bu dünya diplomatiyasına bir örnəkdir”.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsindən sonra bütün bölgəyə təsir edən addımlar atılır.

Əfqan Ala qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonrakı müddət tək Qarabağda deyil, eləcə də bütün bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün çalışılıb: “Şuşa Bəyannaməsinin imzalanmasından sonra bölgədə hərəkətlilik başlayıb. Belə ki, bölgədə olan ölkələr arasında artıq görüşlər başladı. Bu gün Şuşa Bəyannaməsindən sonra atılan addımlar heç bir ölkənin əleyhinə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR