Ərdoğanın sözçüsü: "Türkiyə Azərbaycanın yanındadır”

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 13 sentyabr 2022 14:03 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında paylaşımında bildirib.

O qeyd edib ki, danışıqlar davam edərkən, Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır: “Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR