Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb
# 28 iyun 2022 11:05 (UTC +04:00)

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Twitter"də bildirib.

"Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq", o qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi də görüşün keçiriləcəyini təsdiqləyib və bu barədə rəsmi məlumat yayıb.

Qeyd edək ki bu xüsusi nümayəndələrin sayca dördüncü görüşü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR