Ermənistanın XİN başçısı və xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 27 yanvar 2022 15:42 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumuna qatıla biləcəklərini söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR