Ermənistanın xüsusi nümayəndəsi Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşüb

Ermənistanın xüsusi nümayəndəsi Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşüb
# 10 may 2022 15:21 (UTC +04:00)

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və ABŞ, Böyük Britaniya, İsveçrənin Ermənistandakı səfirlərini qəbul edib.

APA "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini və regional prosesləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR