Estoniya Parlamentinin sədri Azərbaycana gəlib - YENİLƏNİB - VİDEO

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib  - YENİLƏNİB  - VİDEO
# 22 may 2022 21:22 (UTC +04:00)

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.


***

18.47

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlib.

APA xəbər verir ki, bu barədə Ratas "Facebook" hesabında bildirib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR