Estoniya Prezidenti: Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı faydalı sülh sazişi imzalanacaq

Estoniya Prezidenti: Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı faydalı sülh sazişi imzalanacaq
# 31 may 2023 17:00 (UTC +04:00)

Müharibələrə son qoyulması, ədalətin və məsuliyyətin təmin olunması istiqamətində işimizi davam etdirməyimiz çox vacibdir.

APA xəbər verir ki, bu barədə Estoniya Respublikasının Prezidenti Alar Karisin Prezident İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

“Biz, həmçinin ümid edirik ki, Azərbaycan və Ermənistan arasında bütün Cənubi Qafqaz regionunda sabitliyə, firavanlığa müsbət və uzunmüddətli təsir göstərəcək qarşılıqlı faydalı sülh sazişi imzalanacaqdır”, - Estoniya Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR