Fələstin Prezidenti Azərbaycanın QH-nı gücləndirməsi istiqamətində təşəbbüsləri təqdirəlayiq adlandırıb

Fələstin Prezidenti Azərbaycanın QH-nı gücləndirməsi istiqamətində təşəbbüsləri təqdirəlayiq adlandırıb
# 31 mart 2023 04:15 (UTC +04:00)

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiqdir.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Fələstin Prezidenti Mahmud Abbasla görüşündə bildirilib.

Görüşdə Prezident Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq adlandırıb.

Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR